Teatrın kollektivi Zərifə Əliyevanın məzarını ziyarət etdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Teatrın kollektivi Zərifə Əliyevanın məzarını ziyarət etdi - FOTOLAR

Bakıda qastrol səfərində olan M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının kollektivi Fəxri Xiyabanda olub, Ulu Öndərin və Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Daha sonra Akademik Milli Dram Teatrında yaradıcı heyət “Eşq və intiqam” tamaşasını təqdim edib. S.S.Axundovun pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru xalq Artisti Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor köməkçisi Xəyalə Qəmbərovadır.

Tamaşada əməkdar Artistlər Akif Mirabov, Ella Yaqubova, aktyorlar Şıxı Qurbanov, Afət Əliyeva, Elmira İbrahimova, Hüseyn Mustafayev, Jalə Davıdova, Firuz Hacıyev və başqaları çıxış ediblər.

M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə təşkil edilib. Teatrın açılışı 1969-cu ildə C.Cabbarlının eyniadlı pyesi əsasında hazırlanan “Almas” tamaşası ilə olub. 1974-cü ildən görkəmli aktrisa Mərziyyə Davudovanın adını daşıyır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm