• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elnur Hüseynov: “Məni canavara bənzətmək olar” - MÜSAHİBƏ/FOTOLAR

  • Magazin1
  • 28 Aprel 2015 10:15
  • 1 078 Baxış
Elnur Hüseynov: “Məni canavara bənzətmək olar” - MÜSAHİBƏ/FOTOLAR

Bu il Azərbaycanı “Eurovision” musiqi yarışmasında təmsil edən Elnur Hüseynov promo-tur çərçivəsində Yunanıstanın paytaxtı Afinada olub. O, burada bir neçə yerli sayt və telekanallara, o cümlədən “Antenna TV”, “MAD TV”, “Star “Channel” və “Hello” jurnalına müsahibələr verib.

Publika.az Elnurun “Oikotimes” verilişinə verdiyi müsahibəni təqdim edir.

- Yenidən “Eurovision”a qayıtmağına səbəb nədir? Niyə belə qərar verdin?

- Azərbaycandan, İctimai televiziyadan belə bir təklif gəldi. 2008-ci ildə mən Samir Cavadzadə ilə duet ifa etmişəm. Bu dəfə isə özümü solo təqdim edəcəyəm. Bu çox gözəl yoldur. Bu yolu keçmək lazımdır.

- Sənin mahnın “Hour of the Wolf” adlanır. Bu nə canavardır?

- Məni xarakterizə etsəniz, canavara bənzətmək olar. Bundan başqa, mahnım həm insanlara, həm də heyvanlara aiddir.

- Sənin səhnəciyinin göndərəcəyi mesaj nədən ibarətdir?

- Göstərəcəyim səhnə ifa edəcəyim mahnının tematikasına uyğun olacaq.

- “O səs Türkiyə”nin qalibi olmusan. Düşünürsən ki, dünyada olan türk diasporu bu müsabiqədə qalib gəlmək üçün sənə dəstək olacaq?

- Düşünürəm ki, fərqli müsabiqələr arasında müqayisə aparırsınız. Arxamda böyük fanat ordusu dayandığını deyə bilmərəm. Amma ürəyi istəyən hər kəs mənə səs verə bilər. Əgər kompozisiya türklərin xoşuna gələcəksə, onlar da səs verəcək. Eləcə də başqa ölkələr. Bunu səhnədə baş verənlər həll edəcək.

- Niyə məhz bu mahnını ifa etdin?

- Mənə bir neçə bəstə təqdim olundu. Mən bunu seçdim. Bundan sonra mahnının həm mətninə, həm mənasına düzəliş edildi.

- Biz səni 2008-ci ildən tanıyırıq. Bəs sən Elnuru necə təsvir edərdin?

- Düşünürəm ki, sualı mən yox, baxan və səs verən auditoriyaya vermək daha düzgün olardı. Onların fikri maraqlı olar. Məni bir balaca da olsa, tanımaq üçün mahnımı dinləmək lazımdır. Mahnının mənası, ifadə etdiyi fikirlər mənim bir parçamdır. Mən qapalı insanam. Kamera qarşısında açıq olmağı sevmirəm. Mənim dostlarım, necə yaşadığım, şəxsiyyətim, bunların hamısı mənim şəxsi həyatımdır.

- “Eurovision”, “O səs Türkiyə” yarışmalarından başqa sən digər konsertlər, xüsusilə də xeyriyyə konsertlərində çıxış edib heyvanların müdafiəsinə qalxmısan. Bu haqda söhbət açardın...

- Biz bir qrup dostuq. Əgər haradasa, heyvanlara kömək lazımdırsa, biz yığışıb konsert veririk. Konsertdən əldə olunan vəsaiti isə evsiz heyvanların fonduna köçürürük. Bu pullar onların tibbi müayinəsinə, yeməyinə, evlərinin tikilməsinə xərclənir.

- Ailənizdən kimsə dəstək üçün Vyanaya gələcək?

- Dostlarım, əlbəttə, yanımda olacaq. Ailəmi isə narahat etmək istəməzdim. Onların yanımda olması məni səhnədə daha çox həyəcanlandıracaq. Bu müsabiqənin peşəkarlığını nəzərə alaraq deyə bilərəm ki, ən yaxşısı televiziya önündə əyləşib baxmaq olar.

- “Eurovision” ən məşhur gey cəmiyyətlərindən biridir. Sən onların dəstəyini gözləyirsən?

- Əlbəttə! Mən istənilən dəstəyi gözləyirəm. Gey, lezbiyan və digər bütün insanlar da səs verə bilər.

- Niyə “Eurovision”da sənə səs versinlər?

- Mahnımın mənasını, göndərdiyi mesajı başa düşən, xeyirxahlıq uğrunda mübarizə aparan, yer kürəsində düzgünlük olmasını istəyən hər kəs məni dəstəkləməlidir.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR