Humay Qədimovaya özəl hədiyyə
Bizi izləyin

Magazin1

Humay Qədimovaya özəl hədiyyə

Tarzən Humay Qədimova yaxın sənətçi dostları ilə birlikdə doğum gününü qeyd edib. Uzun illərdir dostluq etdiyi müğənnilər Gülay Zeynalova, Sima Qasımova və Zemfira İbrahimova sənətçiyə özəl günündə sürpriz ediblər. Təmtəraqdan uzaq olan Humaya ziyafət təşkil ediblər. Ötən il anasını itirən Humay ad günü sükutunu pozan dostlarının jestinə qarşılıq olaraq bunları söyləyib:

“Hər üç sənətçi ilə dostluğumuz musiqi kollecindən başlayıb, uzun illərdir davam edir. Bəzi günlərdə valideynlərimi itirdiyimə görə, üzüm gülmür. Amma çətin günlərimdə dostlarım yanımda olub”.

Səbəbkara özəl hədiyyələr də təqdim olunub. Sənətçi həm tələbələri, həm pərəstişkarları tərəfindən hədiyyələr, gül dəstələri alıb. Bunlardan biri tar alətinə bənzəyən gül çələngi olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm