Azərbaycanlı müğənnilər Türkiyədə görüşdülər - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənnilər Türkiyədə görüşdülər - FOTOLAR

Ötən həftə doğum günü şərəfinə Dubaya səfər edib isti ölkədə dincələn müğənni və teleaparıcı Vüsalə Rəcova indi də Türkiyəyə yola düşüb.

Publika.az-a xəbər verir ki, orada müğənni dostu Yaşar Cəlilovla görüşməsi teleaparıcının doğum günü ziyafətinin davam etməsi ilə nəticələnib. Publika.az-a açıqlamasında müğənni üçlükdə qeyd etdikləri unudulmaz ad günü ziyafətindən söhbət açıb:

“Yaşarla səfərimiz üst-üstə düşdü. Eyni həftədə Türkiyədə olacağımızı “Səhər cağı” verilişində qonağım olarkən öyrəndim. Odur ki, nişanlımla birlikdə onunla görüşdük. Beləcə ad günümü Türkiyədə üçlükdə qeyd etdik”.

Vüsalə xanım gələn həftə yeni repertuarını təqdim edəcəyini bildirib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm