Azərbaycan filmi Amerikaya aparılır - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycan filmi Amerikaya aparılır - FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Axınla aşağı” bədii filmi 30 aprel-7 may tarixlərində ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək “SEEfest” Film Festivalında nümayiş etdiriləcək.

Filmin rejissoru Asif Rüstəmov bu barədə Publika.az-a kinostudiyadan məlumat verilib.

Amerika kinoakademiyasının dəstəyi ilə keçirilən festival Cənubi və Şərqi Avropa ölkələrinin filmlərinin ABŞ-da tanıdılması məqsədi ilə keçirilir.

Festivalın proqramında ümumilikdə 23 ölkəni təmsil edən film iştirak edir və əsas proqramda doqquz film yer alıb.

Qeyd edək ki, “Axınla aşağı” filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm