Azərbaycanlı cazmenlər Parisdə konsert verəcək
Bizi izləyin

Magazin1

Azərbaycanlı cazmenlər Parisdə konsert verəcək

Aprelin 30-da Parisdə UNESCO-nun 70 illiyinə həsr olunan caz musiqisi bayramı keçiriləcək.

Publika.az-ın məlumatına görə, Parisin 20 regionunu əhatə edəcək bayram konsertində Azərbaycanın virtuoz ifaçıları ölkəmizi təmsil edəcəklər. Artıq fransalı cazsevərlərə yaxşı tanış olan İsfar Sarabski Parisin beşinci meriyasında və UNESCO-da çıxış edəcək.

“Cəngi” ansamblı və gənc cazmen Etibar Əsədlinin isə Parisin məşhur caz klublarında çıxışları nəzərdə tutulub.


Azərbaycanlı cazmenlər öz bəstəkarlarımızla yanaşı, Avropa bəstəkarlarının da əsərlərini səsləndirəcəklər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm