Gülay: “Belə insanları yola verirəm”
Bizi izləyin

Magazin1

Gülay: “Belə insanları yola verirəm”

Kamil Zeynalovla ailə qurmaq xanəndə Gülay Zeynallının özünün seçimi olub. Publika.az xəbər verir ki, bu barədə xanəndə “Günaydın” verilişində danışıb:

“Biz 3 bacıyıq. Ailə qurarkən böyüklərin fikri vacib olsa da, evləndiyimiz adam öz seçimimiz olub. Ailənin möhkəm təməli böyüklərin verdiyi məsləhətlə güclü olur. Gənc xanımlar ananın sözünə çox qulaq asır. Söz-söhbətsiz ailə yoxdur. Bunu, sadəcə, yola vermək lazımdır”.

Müğənni, həmçinin onun ailəsində söz-söhbət yaratmaqda maraqlı olan insanlardan da danışıb:

“Bizim də ailəmizdə söz-söhbət yaratmaq istəyən insanlar var. Kənardan deyilənlər mənimçün önəmli deyil. Müdaxilə edənləri də yola verməyi bacarıram”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm