Berlində azərbaycanlı rəssamın sərgisi açıldı - FOTOLAR
Bizi izləyin

Magazin1

Berlində azərbaycanlı rəssamın sərgisi açıldı - FOTOLAR

Almaniyanın paytaxtı Berlin şəhərindəki “Gallery Schulz” qalereyasında tanınmış Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin “Ruhun rəqsi” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən Publika.az-a bildiriblər ki, tədbirə 300-dən artıq qonaq qatılıb. Qonaqlar arasında ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, Azərbaycan diasporunun fəalları və incəsənət həvəskarları olub.

Arif Əziz fırçasından çıxan əsərlərdə yaratdığı rəmzi qadın, milli kolorit, Azərbaycanın əsrarəngiz təbiətini, caz musiqisini tərənnüm edən obrazlar haqqında söhbət açıb, bu mövzulara onun daha çox müraciət etdiyini bildirib.


Tədbirdə qeyd olunub ki, Arif Əziz öz nəslinin ən önəmli Azərbaycan rəssamlarından biridir. Onun əsərlərinin bədii zənginliyi və müxtəlifliyinin Azərbaycan incəsənətinin formalaşmasında əvəzsiz rolu olub, ona öz töhfələrini verib. Onun yaradıcılığı özündə milli İslam incəsənət ənənələri ilə müasir Qərb incəsənət elementlərini nadir şəkildə birləşdirir.


Qeyd edilib ki, karyerasının əvvəlində Arif Əzizin işləri sosialist realizminə əsaslanır. Onun hər bir əsəri özünəməxsus realistik incəliklərlə seçilir.

Qeyd edək ki, Almaniyanın “Berlin TV” kanalı Arif Əzizin fərdi sərgisi haqqında geniş reportaj hazırlayıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm