ABD Malikin klip təqdimatından FOTOLAR
Bizi izləyin

Magazin1

ABD Malikin klip təqdimatından FOTOLAR

ABD Malik “Çata bilim” adlı yeni klipinə təmtəraqlı təqdimat keçirib. Publika.az xəbər verir ki, müğənni klipinə olduğu kimi, təqdimata da şou biznesin ən məşhur simalarını dəvət edib.

Belə ki, sözügedən klipdə 11 yerli məşhur sima rol alıb. Onlar Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, Miri Yusif, Zamiq Hüseynov, Nigar Camal, Elmir, Nərgiz Cəlilova, Ədalət Şükürov, İlkin Həsənov, Samira Allahverdi, Hüsniyyə Məhərrəmovadır.

Tədbirə isə klipdə rol almayan məşhurlar da qatılıb. Lakin ABD Maliki təbrik etməyə gələnlər arasında klipə çəkilən məşhurlardan bir neçəsi görünməyib. Belə ki, klipdə çəkilən Nigar Camal, Nərgiz Cəlilova və Zülfiyyə Xanbabayeva təqdimatda iştirak etməyiblər.

Nigarın tədbirə qatılmaması Londona getməsi ilə izah olunsa da, digər iki məşhurun orada olmaması maraq doğurub.

Qeyd edək ki, mahnının musiqisi Felt Gibsona, sözləri isə ifaçının özünə məxsusdur.

Publika.az müğənninin klip təqdimatından fotoları təqdim edir.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm