Aparıcı çağırdığı qonağını tanımadı
Bizi izləyin

Magazin1

Aparıcı çağırdığı qonağını tanımadı

“Əsl şou” verilişində maraqlı hadisə yaşanıb. Verilişə qonaq gələn müğənni Sədaqət Ulduzu proqramın aparıcısı Novruz İsmayıl “Aşıq Sədaqət” kimi təqdim edib. Müğənni yanlış təqdimatdan üstüörtülü keçməyərək aparıcıdan “Məgər mən aşığam? Məni niyə aşıq kimi təqdim etdiniz” – deyə soruşub.

Sualdan özünü itirməyən Novruz həqiqəti müğənninin üzünə deyib:

“Düzünü deyəcəyəm. Mən sizi tanımıram. Dedilər ki, aşıq Ulduzun qızı gələcək. Mən də düşündüm ki, siz də aşıq Sədaqətsiniz”.

Müğənni isə aparıcının sözünə qüvvət verib:

“Mən öyrəşmişəm. Çoxu elə tanıyır. Mən aşığam, amma sazsız aşığam”.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Novruz İsmayıl və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm