“1 000 000 manat”a görə nənəsini oğurlayan azərbaycanlı - FOTOLAR
Bizi izləyin

Magazin1

“1 000 000 manat”a görə nənəsini oğurlayan azərbaycanlı - FOTOLAR

Nizami Kino Mərkəzində Azərbaycan kinematoqrafçılarının istehsalı olan “1 000 000 manat” milli filmin qala gecəsi keçirilib.

Təqdimatda filmin rejissoru Elmir Süleymanov, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak ediblər.

Qeyd edək ki, rejissor Elmir Süleymanovun detektiv komediya janrında çəkdiyi bu filmdə baş rolları aktyorlar Tərlan Nuryaşar, İlkin Miskərli, Hacı İsmayılov, Növrəstə Həşimova, Elcan Rəsulov, Arzu Hüseynov, Tural Əsgərov və başqaları canlandırıblar. Filmdə xalq artisti Hacı İsmayılov və tanınmış müğənni Əli Mirəliyev də rol alıb.

Filmlə bağlı təəssüratlarını Publika.az-la bölüşən rejissor Elmir Süleymanov filmin böyük uğur qazanacağını deyib: “Bu film Azərbaycanda ilk dəfə çəkilən detektiv-komediya janrında olan filmdir. Filmdə Əli Mirəliyev də çəkilib, filmin dadını-duzunu artırıb. Bu film Azərbaycan kino bazarında rəqibsiz olacaq. Yaxın günlərdə bütün filmləri kölgədə qoyacaq. Onu da deyim ki, film həm də yaxşı qazanc gətirəcək.

Filmlə bağlı fikirlərini bölüşən Əli Mirəliyev rolundan çox razı qaldığını və filmdə özünü əsl aktyor kimi sınadığını deyib”.

Daha sonra film nümayiş olunub.

Qeyd edək ki, film maraqlı süjet xəttinə malikdir. Belə ki, nənəsindən 1.000 000 manat miras qalacağını eşidən Şerlok Holms doktor Vatsonla birgə Londondan Bakıya gəlir. Nənənin oğurlanmasını bilən dostlar istintaqa başlayır və bu uzun, çətin yolun sonunda onu tapmağa nail olurlar. Lakin seyfdən bir milyon manat əvəzinə cəmi 10 manat milli pul çıxır...

Filmin posterlərində yaş məhdudiyyəti də nəzərimizdən qaçmayıb:16 +

Cəvahir

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm