• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Elza: “Konsertimi Türkiyə hava yolları ilə edəcəm, AZAL-a isə...”

  • Magazin1
  • 30 Aprel 2015 11:45
  • 1 122 Baxış
Elza: “Konsertimi Türkiyə hava yolları ilə edəcəm, AZAL-a isə...”

Əməkdar artist Elza Seyidcahan iki ildən çoxdur ki, təyyarədə həyata keçirtmək istədiyi “Uçuş” adlı konsertini hələ də reallaşdırmayıb. Bu günlərdə AZAL-ın mətbuat xidməti açıqlamasında Elza Seyidcahanın konsertinin mümkün olmayacağını bildirib.

Publika.az əməkdar artistin “Uçuş” layihəsinin aqibəti ilə maraqlanıb. Elza xanım söyləyib ki, mümkün olmayacaq bir iş yoxdur:

“AZAL-dan “mümkün deyil” cavabını gözləməzdim. Bu fikri hansı ölkədə dilimə gətirmişəmsə, həmin ölkənin ziyalıları alqışlayıb. Xüsusilə də, Türkiyədə millət vəkilləri ideyamın həyata keçirilməsinə dəstək olacaqlarını bildiriblər. Mən istəməzdim ki, biz sənətkarların irəli sürdüyü ideyalara düşünmədən “mümkün deyil” cavabı versinlər. Müdrikcəsinə, düşünərək başqa cürə də cavab vermək olardı. Belə fikir nəinki Elza Seyidcahan tərəfdən, heç Elzasevərlər tərəfindən də yaxşı qarşılanmır. Mənim bu layihəm alqışa layiqdir. Xaricdən gələn müğənnilərin kim olduğunu bilmədən cibinə pul doldurub yola salırlar. Niyə öz sənətkarlarımızın ağıllı fikirlərini alqışlamırıq? Amma məni belə şeylər həvəsdən salmır. Mənim layihəm baş tutacaq. Mən AZAL-ın mətbuat katibi Məhərrəm müəllimə də dəvətnamə göndərəcəyəm”.

Əməkdar artist fikirlərində həmçinin AZAL-ın prezidenti Cahangir Əsgərovun yüksək musiqi duyumunun olmasından da söhbət açıb.

“AZAL-ın rəhbəri Cahangir müəllimi mən dəfələrlə caz musiqisi, klassik konsertlərdə xanımı ilə görmüşəm. Bu ailə geniş kütlənin dinləmədiyi qəliz konsertlərə gedir. Mən bu layihəmi “Türk Hava Yolları” şirkəti ilə həyata keçirəcəyəm. Mən heç AZAL-a bu layihəm ilə bağlı müraciət etməmişəm”.

Seyidcahan dahi sərkərdə Napoleon Bonapartdan sitat da gətirib:

“Napoleonun belə bir sözü var ki, "mümkün deyil" sözü ancaq axmaqların lüğətində ola bilər. Bunu mən demirəm, bunu Napoleon deyib”.

İsa Şükürov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>