Dəhşətli xəstəliyə tutulan aktrisa: “Canımı qurtara bilmirəm”
Bizi izləyin

Magazin1

Dəhşətli xəstəliyə tutulan aktrisa: “Canımı qurtara bilmirəm”

Əməkdar artist, Musiqili Komediya Teatrının aktrisası Gülnar Salmanova üçün hələ də böyrək tapılmayıb.

Səhhəti ilə bağlı Publika.az-a danışan aktrisa dializdən canını qurtara bilmədiyini deyib: “Ümidim vardı ki, bu yaxınlarda böyrəyim dəyişdiriləcək. Amma orqanizmin xəstə olduğu üçün böyrək əməliyyatı mümkünsüz olur. Bədənimə düşən böyrək isə tapılmır ki, tapılmır. Bir sözlə, bu dializdən canımı qurtara bilmirəm. Dializ xəstəsi olmaq çox ağırdır. Bədənim taqətdən düşür, yoruluram. Amma yenə də ayaq üstə gəzə bildiyimə görə Allaha şükr edirəm”.

Teatra gedib-gəlmədiyini deyən aktrisa səhnə üçün qəribsədiyini deyib:

“Teatra getmirəm, çünki gedib daha da pis olacağam. Səhnəyə çıxa bilməyəcəmsə, niyə kənardan baxıb yana-yana qalım? Sağ olsun, cavanları, məni filmlərə dəvət edirlər. Görək, özümdə taqət tapa bilsəm, bəlkə, filmlərin birində çəkildim. Amma hələ çəkiliş meydançasında olmayana qədər buna inanmağım gəlmir. Əsas olan fiziki gücdür, mənəvi cəhətdən çox güclüyəm. Uşaqlar yəqin ki, səhhətimi nəzərə alıb rol verəcəklər”.

Xatırladaq ki, əməkdar artist xeyli vaxtdır ki, şəkərli diabet və böyrək çatışmazlığı xəstəliiyndən əziyyət çəkir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm