"Onunla otelin liftində tanış oldum"
Bizi izləyin

Magazin1

"Onunla otelin liftində tanış oldum"

Gənc müğənni İlqarə Kazımova “A Studio”nun rəhbəri Batırxan Şukenovun xatirəsinə həsr olunmuş layihə təqdim edəcək.

İlqarə Kazımova Publika.az-a açıqlamasında uşaqlıqdan “A Studio” qrupunun heyranı olduğunu bildirib:

“Mən hər zaman “A Stduio” qrupunun böyük heyranı olmuşam. Qrup rəhbəri Batırxan Şukenovun istedadını isə hər zaman yüksək qiymətləndirmişəm. Bəlkə də, qrupu məhz onun sayəsində sevmişəm. Bu cür dahi musiqiçinin hazırda aramızda olmamasına inanmaq çox çətindir. Onun yaradıcılığı tam bir musiqi epoxasıdır. Belə insanlar dünyadan köçəndə anlayırsan ki, insan üçün əsas can sağlığıdır. Amma onun mahnıları, səsi və musiqisi əbədi yaşayacaq”.

İlqarə Kazımova yüksək qiymətləndirdiyi sənətkarla tanışlığından da danışıb:

Xoşbəxtlikdən, xaricdə istirahət edərkən o cür dahi musiqiçi ilə tanışlıq mənə qismət olub. Biz onunla otel liftində görüşdük və onunla bir neçə dəqiqə ünsiyyət mənə kifayət etdi ki, onun nə qədər işıqlı insan olduğunu dərk edim. Daha sonra mən onun canlı konsertini də izlədim. Onun səsində və musiqilərində ürək var. Bu çox vacibdir”.

İlqarə Kazımova onun repertuarına müraciət etməyi də planlaşdırır:

“Mən onun repertuarından bir mahnı ifa edəcəyəm. Özü də özüməməxsus şəkildə... Onu gördüyüm, hiss etdiyim kimi ifa edəcəyəm. Artıq aranjeman işləri gedir. Bəlkə də, həmin mahnıya klip də çəkdirdim”.

Xatırladaq ki, aprelin 29-da “A Studio” qrupunun solisti Batırxan Şukenov 52 yaşında Moskvada infarktdan dünyasını dəyişib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm