Musiqili Teatrın “2015-ci kvartal”ı - FOTOLAR
Bizi izləyin

Magazin1

Musiqili Teatrın “2015-ci kvartal”ı - FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında İlqar Fəhminin “2015-ci kvartal” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqlərinə start verilib.

Yaradıcı heyyəti, əsasən, gənclərdən ibarət olan bu tamaşanın quruluşçu-rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir.

Qeyd edək ki, bu tamaşa ilə onlar Musiqili Teatrda rejissor kimi debüt edəcəklər.

Təəssüratlarını Publika.az-la bölüşən Anar Sadıqov tamaşa haqqında bunları deyib:

“İnsanların mənəvi aşınması, cəmiyyətdə təmiz və köməksiz insanların daxili dünyası, köhnə Bakı haqqında nostalji hisslər və əzəmətli yeni Bakı haqqında düşüncələr tamaşanın leytmotivini təşkil edir. Səhnə əsərinin “2015-ci kvartal” adlandırılması da təsadüfi deyil. Hamı inanır ki, 2015-ci il böyük layihələrlə, yeniliklərlə yadda qalacaq. Təqribən bir aydan sonra start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun əyani subutudur”.

Qeyd edək ki, tamaşanın quruluşçu-rəssamı Elgün Vəliyev, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Nicat Əli, Fərid Rzayev, Nərmin Əliyeva, Rəmail Bayramlı kimi gənc aktyorlarla yanaşı, təcrübəli aktyorlar - xalq artisti Ramiz Məmmədov, əməkdar artist Şövqi Hüseynov və Nadir Xasıyev iştirak edir.

Tamaşanın bədii rəhbəri xalq artisti Azər Paşa Nemətovdur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm