Bamsı-Beyrək Avropa Oyunlarının Alov Festivalında - FOTO
Bizi izləyin

Magazin1

Bamsı-Beyrək Avropa Oyunlarının Alov Festivalında - FOTO

Aprelin 26-da Suraxanıda yerləşən “Atəşgah” məbədindən start götürən “Bakı-2015” Birinci Avropa Oyunlarının məşəli öz səyahətinə başlayıb. Artıq məlumat verildiyi kimi, bu prosesə 1000-dən çox məşəldaşıyan cəlb olunacaq və hər regionda möhtəşəm Alov Festivalı keçiriləcək.

Festival zamanı tamaşaçılara rəqs kollektivininin iştirakı və “Eurovision” finalçısı Fərid Məmmədovun ifasında fantastik teatrlaşdırılmış alov şousu təqdim edilir.

Publika.az-a açıqlama verən tanınmış dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova şouda obrazın yaradılması və bütün səhnə kostyumlarının stilizasiyası haqqında danışıb:

“Bu, müasir teatrlaşdırılmış şoudur və buna görə də rejissora, səhnə quruluşu və obrazları nəzərə alaraq kostyumların stilizasiyasına milli ornamentlər qatmışam. Məsələn, Fərid Məmmədovun kostyumunu qədim eposumuz “Dədə Qorqud”un qəhrəmanı Bamsı-Beyrək obrazı əsasında yaratmışam. Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi idman və mədəniyyət dünyası üçün tarixi hadisədir. Əminəm ki, Avropa Oyunları bütün dünya üçün parlaq və unudulmaz hadisə olacaq. Azərbaycan özünün unikal adət-ənənələri ilə fərqlənən, heyranedici təbiətə və zəngin tarixə malik olan ölkədir. Ölkəmizdə göz oxşayan qədim abidələr və ultramüasir binalar, rəngarəng mətbəx və milli kalorit var. Avropa Oyunları xarici qonaqlara ölkəmiz və onun qonaqpərvər əhalisi ilə tanış olmaq, möhətəşəm idman və dostluq bayramını öz gözləri ilə görmək imkanı yaradacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm