• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Eurovision” loqolu təyyarə

  • Magazin1
  • 30 Aprel 2015 16:15
  • 434 Baxış
“Eurovision” loqolu təyyarə

“Eurovision” Mahnı Müsabiqəsinin 60 illiyi tarixində ilk dəfə olaraq Vyanada keçiriləcək müsabiqənin loqosu təyyarə üzərində əks olunub. “Eurovision” loqoli təyyarənin artıq təqdimatı da keçirilib.

Layihənin təşkilatçısı, müsabiqənin rəsmi tərəfdaşı Avstriya Hava Yollarıdır.

Dünyanın ən böyük əyləncəli tədbiri sayılan “Eurovision” Mahnı Müsabiqəsi Avstriya “Ecolabel” şirkəti ilə əməkdaşlıq edərək, tarixində ilk dəfə “yaşıl tədbir” formasında təşkil olunacaq.

Xatırladaq ki, bu il Vyanada keçiriləcək müsabiqənin səhnəsi artıq tam hazırdır.

“Eurovision” musiqi yarışmasında Azərbaycanı bu il Elnur Hüseynov təmsil edəcək. O, mayın 21-də müsabiqənin ikinci yarımıfinalında səhnəyə çıxaraq “Hour of the wolf” mahnısını ifa edəcək.

Onu da əlavə edək ki, Elnurun “YouTube” videoizləmə portalına yerləşdirilən klipi “Eurovision” klipləri arasında ən çox izlənənlərdəndir. Belə ki, klip artıq 1 milyon 600 min dəfə izlənilib.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR