İctimai televiziya sürpriz hazırlayır
Bizi izləyin

Magazin1

İctimai televiziya sürpriz hazırlayır

Avstriyanın ictimai televiziyası daha bir sürpriz hazırlayır.

Belə ki, "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi səhnənin üzərində 650 LED şar bərq vuracaq. Təşkilatçılar bu yolla səhnədə möhtəşəm görüntü yaratmaq niyyətindədirlər.

Publika.az xəbər verir ki, yarışın keçiriləcəyi “Wiener Stadthalle” arenası iştirakçıları qəbul etməyə artıq hazırdır. Hazırda ən parlaq dekorasiyaların üzərində iş gedir. Tavandan 650 işıq iodları verəcək sarlar asılır. Məlumatlara görə, xüsusi texnologiya vasitəsilə hərəkətə gələcək həmin şarlar vasitəsi ilə müxtəlif effektlər əldə olunacaq. Bununla da, 3D effektli qeyri-adi görüntülər yaratmaq mümkün olacaq. Həmin şarlar vasitəsilə “Eurovision”un loqotipi də canlandırılacaq.

Stadionda aparılan texniki işlərlə bağlı mayın 10-da keçiriləcək yekun baxışdan sonra hazırlığın necə təşkil olunduğu qiymətləndiriləcək. Yekun baxışdan 1 gün sonra isə iştirakçılar ilk məşqlərinə başlayacaqlar.

Xatırladaq ki, “Eurovision” musiqi yarışmasında Azərbaycanı bu il Elnur Hüseynov təmsil edəcək. O, mayın 21-də müsabiqənin ikinci yarımıfinalında səhnəyə çıxaraq “Hour of the wolf” mahnısını ifa edəcək.

Onu da əlavə edək ki, Elnurun “YouTube” videoizləmə portalına yerləşdirilən klipi “Eurovision” klipləri arasında ən çox izlənənlərdəndir. Belə ki, klip artıq 1 milyon 600 min dəfə izlənilib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm