Alim Qasımov Bakıda konsert verəcək
Bizi izləyin

Magazin1

Alim Qasımov Bakıda konsert verəcək

Xarici ölkələrdə ən çox konsertlər verən, Azərbaycanın fəxri kimi təqdim olunan xanəndə, xalq artisti Alim Qasımov paytaxt Bakımızda konsert proqramı ilə çıxış edəcək. Alim Qasımovun konsert verəcəyi ölkələrin siyahısı çox olduğundan Bakı konserti çox zaman təxirə düşüb. Bunu da xanəndə iş rejiminin gərgin olması ilə əlaqələndirib. Bu dəfə isə xalq artisti azərbaycanlı heyranlarını, muğamsevərləri də özünün ecazkar səsi ilə sevindirmək qərarına gəlib.

Publika.az-a açıqlama verən Alim Qasımov bu il Bakıda konsert proqramı ilə çıxış edəcəyini bildirib:

“Yayda konsertim olmalıdır. Yayda da olmasa, sentyabr ayında konsertim baş tutacaq. Bütün yeniliklərimi konsertimə gələnlər izləyəcək”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm