Heydər Əliyevin ad günü şərəfinə Kitab bayramı keçiriləcək
Bizi izləyin

Magazin1

Heydər Əliyevin ad günü şərəfinə Kitab bayramı keçiriləcək

Mayın 6-da Filarmoniya bağında ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “Kitab bayramı -2015” adlı tədbir keçiriləcək.

Publika.az-ın məlumatına görə, bayram tədbiri saat 11.00-dan 19.00-dək davam edəcək.


Tədbirdə “Canlı klassika - 2015” adlı gənc qiraətçilərin III Beynəlxalq bədii qiraət müsabiqəsinin milli final mərhələsinin qaliblərinin təltif olunma mərasimi keçiriləcək.

Həmçinin, tədbirdə Çingiz Abdullayev, Qurban Səid, Elçin Səfərli, Fedor Dostoyevski, Stefan Çveyq, Etel Lilian Voyniç, Stiven Kinq, Paulo Koelo, Şarlotta Bronte və bir çox digər dünya şöhrətli müəlliflərin kitabları oxuculara təqdim olunacaq.

Qeyd edək ki, Kitab bayramında 20-ə yaxın tanınmış nəşriyyatlarının kitabları sərgilənəcək.


Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm