Qarayevin səhhəti pisləşdi, İrana aparıldı - ÖZƏL
Bizi izləyin

Magazin1

Qarayevin səhhəti pisləşdi, İrana aparıldı - ÖZƏL

Xalq artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayev İranda əməliyyat olunub. Ağır əməliyyatdan çıxan aktyorun səhhəti hələ də yaxşılaşmayıb.

Publika.az-a xalq artistinin səhhəti ilə maraqlanıb. Aktyor səhhətindəki problemlərdən xilas ola bilmədiyini bildirib:

“Bir müddətdir ki, “atreskleroz” xəstəliyindən əziyyət çəkirəm, ayaqlarıma qan işləmir, ürəyimdə ciddi problemlər var. Burda dəfələrlə xəstəxanalara getsəm də, dərdimə əlac edə bilmədilər. Axırda məcbur qalıb İrana getdim. Həkimlər baxan kimi əməliyyat masasına uzatdılar. Beldən aşağı ayaqlarıma “stend” yerləşdirdilər. Ürəyimə gedən damarları təmizlədilər. Amma dizdən aşağı “stend” qoya bilmədilər. Dedilər ki, əgər ayağına “stend” qoysaq, qanı saxlaya bilməyəcəyik. Həkimlər yalnız damarın dəyişdirilməsini uyğun bildilər, dedilər ki, gərək damar kapron damarla əvəzlənsin. Amma əməliyyat olunsam da, səhhətim düzəlmir. Yeriyə bilmirəm, sol ayağım ümumiyyətlə, tutulub, sağ ayağım da getdikcə tutulur. Hər yerə maşınla gedib-gəlirəm”.

Xalq artistinin sözlərinə görə, ikinci dəfə əməliyyat olunmalıdır, özü də İranda: “İranlı həkimlər mənə dedilər ki, bir aydan sonra yenidən əməliyyata girməlisən. Hələ də gedə bilmirəm. Çox bahalı əməliyyatdır. Birinci dəfə məndən 6 min manat aldılar, ikinci dəfə nə qədər xərcim çıxacaq onu Allah bilir. Elə bir stendin qiyməti 1000 manatdan çoxdur. Həkimlər əvvəlcə qiymət söyləmir, əməliyyatdan sonra qiymət oxuyurlar. Bu, mənim problemimdir, özüm də həll etməliyəm. Xoşlamıram kiməsə ağız açım, heç xəstəliyimi də kimsəyə bildirmək istəmirəm. Xoşlamıram belə şeyləri”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm