Prezident sərəncamı ilə təltif olunan sənətçilərə mükafatlar verildi - FOTOLAR
Bizi izləyin

Magazin1

Prezident sərəncamı ilə təltif olunan sənətçilərə mükafatlar verildi - FOTOLAR

Bu gün Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib, ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Eyni zamanda bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Ə.Qarayev Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərindən danışıb, məhz Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyət incilərimizin UNESCO-nun irs siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Sonra dövlətimizin başçısının müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar mədəniyyət xadimi”, “Əməkdar mədəniyyət işçisi” fəxri adları, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, habelə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı sahiblərinə təqdim edilib.

Təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıq hisslərini ifadə ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm