• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vasif Məhərrəmli: "Şalvarımda cırıq-zad yoxdur”

Vasif Məhərrəmli: "Şalvarımda cırıq-zad yoxdur”

Müğənni Vasif Məhərrəmli həmkarlarını ələ salıb. Publika.az xəbər verir ki, ATV telekanalında qonaq olan müğənni müsahibəsində həmkarlarının musiqi savadını da, geyimini də məsxərəyə qoyub:

“İki oktava yarım səsi var, amma notu düzgün götürmür. Nə olsun, səsin var? “Slux”un yoxdur. Səsi insana Allah verir və insan özü bilmədən müğənni olur. Mən bu sənətə gələndə nə “Jeep” haqqında, nə cib barədə düşünürdüm. Villa, maşın nə məni, nə də məndən öncəki xanəndələri heç vaxt düşündürməyib. Müğənni geyimi ilə örnək olmalıdır”.

Öz geyimi ilə hər zaman nümunə olduğunu deyən Məhərrəmli, həmkarlarının geyimini də tənqid hədəfinə çevirib:

“Baxırsan ki, cins şalvar geyiniblər. Cırıq-cırıq… Elə bil vermisən itin ağzına, sonra da itin ağzından zorla dartıb çıxartmısan. Sonra da götürüb ütüləyib geyinirsən. Cırıq da şalvar geyinərlər? Belə də dəb olar? Adət-ənənəmiz var! Mən də idman üslubunda geyinirəm. Amma şalvarımda cırıq-zad yoxdur”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR