• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Hamiləliyinin 8-ci ayında olan Elmiranın yeni FOTOLARI

  • Magazin1
  • 4 May 2015 09:15
  • 1 851 Baxış
Hamiləliyinin 8-ci ayında olan Elmiranın yeni FOTOLARI

Hamiləliyinin 8-ci ayında olan sevilən müğənni Elmira Ələkbərzadə həyat yoldaşı Emil Çingiz ilə Bakıda keçirilən “Baku Fashion Week” dəb nümayişini izləyib. Çox gümrah görünən müğənni Publika.az-a açıqlamasında özünü çox yaxşı hiss etdiyini bildirib.

“Şükür Allaha, çox yaxşıyam. Maraqlandığınız üçün təşəkkür edirəm. Allah arzusunda olan hər kəsə analıq qismət etsin”.

Müğənninin kökəlməsi də gözümündən yayınmayıb. O, kökəlməsindən heç də narahat olmadığını bildirib.

“Əgər mən bir dəfə özümdə iradə tapıb formaya düşməyi bacarmışamsa, bunu bir daha bacararam. Əsas insanın iradəsidir. O iradə də məndə var. Əsas övladım sağ-salamat dünyaya gəlsin”.

Qeyd edək ki, Elmira Ələkbərzadənin oğlu dünyaya gələcək. Müğənni 2012-ci ildə Emil Çingiz ilə ailə həyatı qurub.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR