Gecəyarı Aytaca ilham gəldi və o...
Bizi izləyin

Magazin1

Gecəyarı Aytaca ilham gəldi və o...

Gənc müğənni Aytac Vidadiqızı “Sevirəm” adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.

Aytac Vidadiqızı mahnılarının çoxunun həm söz, həm də musiqi müəllifidir. “Sevirəm”adlı mahnısının isə yalnız sözləri ifaçının özünə məxsusdur. Eşqdən bəhs edən sözləri yazmaq üçün ilham pərisi ifaçıya gecəyarı gəlib. Bu haqda Aytac Vidadiqızı Publika.az-a özü açıqlama verib.

“Gecə idi... Xəyallara dalmışdım... Birdən içimdə sevgi tumurcuqlarının baş qaldırmasını hiss etdim. Mən özüm həm bəstəkar, həm də söz yazarıyam. Bu mahnımdakı sözlər içimdən gələn hisslərdir. Mahnımı dinləyən mənim hisslərimdən xəbərdar olacaq. İnanıram ki, dinləyici bu mahnımda məni görə biləcək”.

Publika.az-a açıqlamasında müğənni sentimental mahnısına pul tapa biləcəyi halda klip çəkdirəcəyini də gizlətmədi.

“Hər kəsi məni varlı müğənni adlandırır. Məni görəndə çoxu pul görür. Amma bu, belə deyil. Əgər pul tapsam bu mahnıma da klip çəkdirəcəyəm. Pullarımın çoxunu ötən ay təqdim etdiyim “Bezdim, gəlmə” adlı klipimin çəkilişinə xərclədim. Bilirsiniz ki, klipin ekran işi Gürcüstanda baş tutub. Bu səbəbdən “Sevirəm”ə klip çəkdirmək sual bağlıdır”.

Qeyd edək ki, Aytac Vidadiqızının “Sevirəm” mahnısının ilk dinləyiciləri məhz media işçiləri olub. Jurnalistləri özünün dostu adlandıram müğənni ötən ay “Bezdim, gəlmə” klipinin təqdimat mərasimində yeni mahnısını da yalnız jurnalistlərə təqdim etmişdi.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm