Azərbaycanlı müğənni Türkiyədə biznes qurur
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni Türkiyədə biznes qurur

Gənc müğənni Yaşar Cəlilov Azərbaycanı tərk edib. Onun Türkiyədə özünə biznes qurduğu bildirilir.

Bu barədə Publika.az-a ifaçının prodüseri Vüsalə Kərimova məlumat verib. O, Yaşarın yalnız gediş biletini aldığını bildirib:

“Yaşar ötən aydan Türkiyədədir. Mayın sonuna kimi də orada olacaq. Səfərinin məqsədi sənəti ilə bağlı deyil. Ora nə mahnı almağa, nə də mahnı aranjeman etdirməyə gedib. Yəni gedişinin musiqi ilə heç bir əlaqəsi yoxdur. Yaşar Türkiyədə biznes qurmaq istəyir. Hazırda sənədləşmə işləri ilə məşğuldur”.

Vüsalə Kərimova ifaçının Türkiyədə “Yaşar Market” in qarşısında şəkil çəkdirərək “Yeni biznesim” şərhinə də münasibət bildirib.

“Yox, o bir zarafatdır. Yaşar Türkiyədə market açmır. Ayrı biznes qurur. Tezliklə hər kəs biləcək”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm