Türkiyə şirkəti azərbaycanlı bəstəkarla müqavilə bağladı
Bizi izləyin

Magazin1

Türkiyə şirkəti azərbaycanlı bəstəkarla müqavilə bağladı

Türkiyənin “Elenor” şirkəti hit mahnıların müəllifi Pərviz Mahmudovla müqavilə bağlayıb.

Bir müddət öncə ifa etdiyi “Canımda cansan” mahnısına görə, Türkiyə şirkətindən təklif alan bəstəkar planlarını Publika.az-a açıqlayıb: “Mahnımı çox bəyəniblər. Əslində mən bu mahnının piarını demək olar ki, etmədim. Yalnız bir radio kanalında səsləndi, bir də sosial şəbəkələrdə yayıldı. Neçə vaxtdır ki, yükləmə sayına görə birinci yerdədir. Türkiyənin “Elenor” şirkəti də mahnımı məhz saytda görüb. Ümumiyyətlə, mənim xasiyyətim belədir. Çox üzdə olmağı sevmirəm. Hər gün efirə çıxmaq hələ bir iş görmək demək deyil. Efirlərdə tullanıb düşən, adını bəstəkar qoyaraq “plagiat” mahnılar yazanlar ildə bir musiqi ortaya çıxarıb elə bəh-bəhlə danışırlar ki... Düz 10 ildir bu sahədə ən uğurlu insanlardanam, amma bir dəfə də bəstələrimi şişirtməmişəm. Heç buna ehtiyac da yoxdu. Çünki hər gün demək olar ki, bütün televiziya verilişlərində öz musiqilərimlə tamaşaçıların qonağı oluram”.

Bəstəkar həmçinin bildirib ki, müqaviləyə əsasən, “Canımda cansan” mahnısı Türkiyənin “Elenor” şirkəti tərəfindən tezliklə sinql olaraq buraxılacaq. Mahnının sözləri Aygün İsmayılovaya, musiqisi isə bəstəkarın özünə aiddir. Pərviz Mahmudov bu işdə ona türkiyəli söz yazarı Aişə Birgül Yılmazın da yardımçı olduğunu deyib.

Qeyd edək ki, Türkiyənin “Elenor” şirkəti illərdir fəaliyyət göstərir. Bülənt Ərsoy, Müslüm Gursəs, Kibariyə, Ajda Pekkan, Zeki Müren, Demet Akalın, Ferdi Tayfur, Gülbən Ərgən, Muazzez Ərsoy, Linet və bir çox sənətkarlarla çalışıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm