Vəfanın Zamiqin evlilik təklifinə cavabı: “Çoban...” - FOTOLAR
Bizi izləyin

Magazin1

Vəfanın Zamiqin evlilik təklifinə cavabı: “Çoban...” - FOTOLAR

“Əsl şou” verilişinin bugünkü buraxılışı maraqlı anlarla yadda qalıb. Pozitiv aparıcılarla yanaşı, proqramın qonaqlarının - müğənni Zamiq Hüseynovun və aktrisa Vəfa Zeynalovanın “Tanışlıq” səhnəciyini oynaması gülməli anlarla yadda qalıb.

Aktrisaya tanışlıq üçün yaxınlaşan müğənni gözlənilməz cavab alıb:

“Zamiq, mən sizinlə tanış olaram. Amma gərək biz hinduşka yeyək. Hinduşkanı isə qar yağanda yeyirlər. Gözlə qar yağanda tanış olarıq”.

Oxunun daşan dəydiyini görən müğənni verilişin şərtlərinə uyğun olaraq bir daha cəhd edib. Bu dəfə o, Vəfa xanıma evlilik təklif edir. Növbəti dəfə də Vəfa Zeynalovanın cavabı gözlənilməz olub.

“Zamiq, mən sənə çoban demirəm. Amma deyə bilərəm. Demirəm, çünki səni çox istəyirəm. Axı mən evliyəm. Sən gec qaldın...”

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Novruz İsmayıl və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm