Səhhəti ağırlaşdığı deyilən Ramiz Əzizbəylinin son durumu
Bizi izləyin

Magazin1

Səhhəti ağırlaşdığı deyilən Ramiz Əzizbəylinin son durumu

Son günlər mətbutda xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətinin ağırlaşması ilə bağlı məlumatlar yer almaqdadır. Aktyorun xanımı isə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib.

Publika.az-a danışan Zümrüd Əzizbəyli hazırda Ramiz Əzizbəylinin səhhətinin normal olduğunu bildirib:

“Şükür Allaha ki, Ramizin səhhəti normaldır, özünü yaxşı hiss edir. Ara-sıra maşında gəzməyə də aparırıq. Amma insult elədir ki, həkim nəzarəti altında müalicəsi davam edir. Nitqində bir balaca qüsur olsa da, yeriməyində, gəzməyində problem yoxdur”.

Xalq artistinin xanımı aktyorun müalicəsi üçün xərcləri özləri ödədiyini bildirib: “Bu xəstəlik elədir ki, dava-dərman üçün çoxlu pul lazımdır. Elə aldığımız təqaüdlərin hamısı müalicəyə sərf olunur. Çünki hamısı bahalı dərmanlardır”.

Bir müddət öncə aktyorun xaricdə müalicə olunacağı da bildirilmişdi. Xanımının dediyinə görə, hələ ki bu barədə yenilik yoxdur:

“Səhiyyə Nazirliyindən Ramizin Almaniyada müalicə olunacağını demişdilər. Hələ səs-soraq yoxdur, yəqin ki, növbə hələ gəlib çatmayıb. Nə bilim, biz hələ ki gözləyirik”.

Xatırladaq ki, xalq artisti bir müddətdir ki, insult xəstəliyindən əziyyət çəkir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm