Ramil Ağasıyev: “Zarinanı ilk görəndə gözləri xoşuma gəlmişdi” - VİDEO
Bizi izləyin

Magazin1

Ramil Ağasıyev: “Zarinanı ilk görəndə gözləri xoşuma gəlmişdi” - VİDEO

May ayının 14-də azərbaycanlı kinosevərlərə yeni film təqdim olunacaq. Melodram janrında lentə alınmış filmin rejissoru Ramil Ağasıyev Publika.az-a ekran əsərinin çəkilişi zamanı meydana çıxan çətinliklərdən və baş rollara aktyor seçimindən danışıb:

“Əslində başlanğıcda insanları inandırmaq çətin idi. İnsanlar var ki, içlərində nəsə etmək istəyirlər. Amma bunu edə bilmirlər. Əvvəldən Ziyanın roluna başqa bir namizəd var idi. Ziyaya baxdım, çox xoşuma gəldi. Arzu obrazının axtarılmasına isə daha çox vaxt getdi. Zarinanı ilk görəndə gözləri xoşuma gəlmişdi.

14 mayda hamınızı gözləyirik. Gəlib filmimizə baxaraq öz rəylərinizi söyləyə bilərsiniz. Bu film bizim arzumuz idi və biz öz arzularımızın ardınca getdik”.

Melodram janrında lentə alınmış “Arzuların ardınca” filminin informasiya dəstəkçisi Publika.az saytıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm