Azərbaycanlı "Nabat"a İranda mükafat verdilər
Bizi izləyin

Magazin1

Azərbaycanlı "Nabat"a İranda mükafat verdilər

“Nabat” bədii filmi İranda keçirilən 33-cü Fəcr Beynəlxalq Film Festivalının “East Panorama” müsabiqə proqramında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.


Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Publika.az-a bildirilib ki, festivalda və mükafatların təqdimolunma mərasimində filmin yaradıcı heyəti iştirak edib.


Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınmış filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.


Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm