70 ölkənin təmsilçisi “O olmasın, bu olsun”a baxdı - FOTOLAR
Bizi izləyin

Magazin1

70 ölkənin təmsilçisi “O olmasın, bu olsun”a baxdı - FOTOLAR

2015-ci il 2-5 may tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısı keçirilir. Toplantı tədbirləri çərçivəsində dünyanın müxtəlif ölkələrinin baş nazir, baş nazir müavinləri, maliyyə nazirləri və digər yüksək vəzifəli şəxsləri 2 may tarixində Azərbaycan Dövlət Musiqili Teatrında olublar.

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Publika.az-a bildirib ki, təqribən 70-ə yaxın ölkədən olan qonaqlar dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyiblər. Tamaşadan xoş təəssüratlarla ayrılan qonaqlar teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə söhbətləri zamanı ecazkar və möhtəşəm musiqidən, ümumilikdə tamaşadan böyük zövq aldıqlarını və razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası, xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış etmişlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm