Dağıstanlı aktyorlar Bakıda “Elanla gəlin” axtarır-FOTOLAR
Bizi izləyin

Magazin1

Dağıstanlı aktyorlar Bakıda “Elanla gəlin” axtarır-FOTOLAR

Bu günlərdə Dağıstanın Dərbənd Dövlət Azərbaycan Dram Teatrı İtaliya dramaturqu K.Haldoninin pyesi əsasında “Elanla gəlin” tamaşasının teatrsevərlərin ixtiyarına verib.

İtaliya milli komediyasının banisi K.Haldoninin yaradıcılığının son dövrlərində (1763) yazdığı “Elanla gəlin” (pyesin digər adı “Müsabiqə ilə nigah”dır) komediyasını Azərbaycan dilinə Dağıstanın əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova tərcümə edib.

Teatrın direktoru Yadulla Həşimovun Publika.az-a verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru beynəlxalq teatr festivalları laureatı, “Turandot” Teatrının bədii rəhbəri Vladimir Jukov, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır. Tamaşada Əlimövsüm Abbasov, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Əfsanə Məlikova, Məhərrəmov Ömərov, Dinşah Abdulqafarov, Hörmət Aslanov, Canpolad Əmiyev, Furqat Aslanzadə, Sərxan Səmədov, Saladunxan Bədirxanov, Diləfrüz Şıxməmmədova, Təhminə Ömərova, Mədinə Hacıağayeva, Nazim Bəybalayev və Səidə Əliyeva çıxış edirlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm