Avropa Oyunlarının məşəli “Bu şəhərdə”çilərdə - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin1

Avropa Oyunlarının məşəli “Bu şəhərdə”çilərdə - FOTOLAR/VİDEO

“Bakı-2015” Avropa Oyunlarının məşəli Salyandan Neftçalaya ötürülüb.

Publika.az-ın məlumatına görə, şəhər mərkəzində təşkil olunmuş yürüşü Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlığını itirmiş mədəniyyət işçisi Ceyhun Mehdiyev başlayıb.

Bu mərasimdə “Bakı-2015”-in ulduz elçiləri, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov da iştirak edib.

Son məşəlçi, futbol məşqçisi Dilavər Yaqubov Bayraq Meydanına gətirərək səhnəyə qalxıb. Burada yandırılmış və coğrafiya fənni üzrə respublika olimpiadasının qızıl medalçısı İlham Səmədovun ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər şəhərə hədiyyə edilib.

Neftçalada başa çatan estafet günü mayın 5-də Şirvan və Hacıqabulla davam etdiriləcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm