Azərbaycanlı müğənni oğluna toy etdi - ÖZƏL/FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni oğluna toy etdi - ÖZƏL/FOTOLAR

Vur çatlasın, çal oynasın. Şou-biznes əhlinin cəm olduğu məclisdə müğənnilər sanki bir-biri ilə rəqs yarışına girib.

Publika.az-ın məlumatına görə, “Azəristar” mahnı yarışmasının qalibi, müğənni Vaqif Şıxəliyev oğluna toy çaldırdı. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Könül Xasıyeva, Vasif Məhərrəmli, Manaf Ağayev, Babək Niftəliyev, Elza Seyidcahan, Aşıq Zülfiyyə, Xatun, Mənzurə Musayeva, Aşıq Samirə, Ehtiram Hüseynov və digər sənətçilərin iştirak etdiyi toy məclisində müğənnilər həm oxudu, həm də qol qaldırıb şıdırğı rəqs etdilər.

Xanımına qoşulub rəqs etməkdə müğənniləri geridə qoyan Vaqif Şıxəliyev oğlunun xoş günündə sevincini dilə gətirdb: “Bir ata kimi çox sevincliyəm və ən böyük arzum oğlumun böyük toyunu görməkdir. Sağ olsun, sənət yoldaşlarım, həm oynayırlar, həm də oxuyurlar. Bu toya Azərbaycanın ən gözəl sənətkarlarını dəvət etmişəm”.

Rəqs eləməkdə sənət yoldaşlarını heyran qoyan Aşıq Samirə isə “Bəyin oğurlanması” filmindən sitat gətirib: “Bu toydur, burda neyliyərlər, oynayarlar…”

Cəvahir

Foto: Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm