Rəhim: “Səidəni, bilirsən, nə edərəm?”
Bizi izləyin

Magazin1

Rəhim: “Səidəni, bilirsən, nə edərəm?”

Müğənni Rəhim Rəhimli məzəli duruma düşüb. Publika.az xəbər verir ki, bu gün “Əsl şou” verilişinin qonağı olan müğənni həm gülüb, həm də güldürüb.

Belə ki, verilişin şərtlərinə uyğun olaraq o, iki tapşırıq yerinə yetirməli olub. Əvvəlcə, ondan ipdən asılmış almanı yeməsi tələb edilib. Bu tapşırığı yerinə yetirərkən Rəhim gülməli vəziyyətə düşüb.

İkinci tapşırığı səsləndirən aparıcı Novruz İsmayıl eşitdiyi cavabdan şoka düşüb. Belə ki, aparıcı boks əlcəklərini istəyib. Daha sonra bildirib ki, verilişin digər aparıcısı Səidə Sultan Rəhimi döyməlidir. Bunu eşidən Rəhim dərhal kəskin reaksiya verib:

“Səidə məni döyə bilər? Səidəni mən, bilirsən, nə edərəm? Səidəni alma kimi yeyərəm”.

Birinci tapşırıqda ipdən asılı almanı yeyə bilməyən müğənni növbəti dəfə gülüşə səbəb olub.

Beləliklə, məzəli anlarla dolu olan “Əsl şou” verilişi maraqlı tapşırıqları ilə tamaşaçıların əhvalını yüksəldə bilib.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Novruz İsmayıl və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm