MC Murad yeni layihəsinin ilk sinqlını təqdim edib - VİDEO
Bizi izləyin

Magazin1

MC Murad yeni layihəsinin ilk sinqlını təqdim edib - VİDEO

Tanınmış bəstəkar və arenjemançı Murad Quliyev (MC Murad) Səmra Rəhimli ilə yeni layihəyə start verib.

Publika.az xəbər verir ki, “Youtube” kanalında Murad Quliyevə məxsus “Wave Music Label” adlanan bölmədə həmin layihənin təqdimatı da olub. Layihə "O sevir" adlı ilk sinqldır.

Qeyd edək ki, Mc Murad Səmra Rəhimlinin musiqi prodüseridir. Məlumatlara görə, sinqldan sonra Səmranın albomu da çıxacaq. Hazırlıqları gedən albomda dinləyicilərə çox maraqlı mahnılar təqdim olunacaq.

Xatırladaq ki, Səmra Rəhimli “O səs Türkiyə” yarışmasında iştirak edib. Performansı və vokal imkanlarına görə fərqlənən həmyerlimiz finala bir neçə addım qalmış yarışı tərk etməli olub.

Onun ilk sinqlı dinləməyi təklif edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm