• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Elnur Hüseynov SHOW TV-də - FOTOLAR

  • Magazin1
  • 6 May 2015 14:30
  • 1 039 Baxış
Elnur Hüseynov SHOW TV-də - FOTOLAR

Azərbaycanı bu il “Eurovision” musiqi yarışmasında təmsil edən müğənni Elnur Hüseynov bu gün Türkiyənin SHOW TV kanalının qonağı olub. Təmsilçimiz Türkiyənin ən reytinqli səhər şoularından biri olan “Hər şey daxil” verilişində “Hour of the Wolf” mahnsını ifa edib.

Verilişdə “Niyə ritmik yox, lirik mahnı ifa etmisən?” - sualına cavabında Elnur lirikanın onun daxili dünyasına daha yaxın olduğunu vurğulayıb.

“Sevdiyim dinamik mahnılar da var. Amma lirik mahnılar mənə daha yaxındır. Türkiyədə albomum da işıq üzü görəcək. May ayı bitdikdən sonra albom üzərində işlər başlayacaq”.

Verilişdə Elnurun soyadının titrdə səhv yazılması da diqqətçəkən məqamlardan olub. Belə ki, o, “Hüseynov” deyil, “İsmayılov” kimi təqdim olunub.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR