“Tərzim Murat Boza oxşasa da, ona baxıb geyinmirəm”
Bizi izləyin

Magazin1

“Tərzim Murat Boza oxşasa da, ona baxıb geyinmirəm”

Publika.az xəbər verir ki, müğənni Zamiq Hüseynov geyim tərzinin türkiyəli həmkarı Murat Boza oxşadığını Xəzər telekanalına açıqlamasında deyib. O, heç vaxt özünü kiməsə bənzətmədiyini bildirib.

“Hələ əvvəllər demişəm ki, mən səhnədə olanda Murat Boz yox idi. Daha dəqiq desəm, oxuyurdu, amma səhnəyə çıxmırdı. Hazırda isə o, Türkiyədə bir nömrədir. Həm ifası, həm geyimi, həm də zövqü ilə. Amma mən heç vaxt ona baxıb geyinməmişəm. Hər kəs geyim alarkən İtaliya, Fransada istehsal olunan geyimlərə üstünlük verir. Eləcə də biz. Sadəcə, ona bir az da öz əlavəmizi edirik. Bu qədər...”

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm