Afaq Bəşirqızı: “Prezidentimin mükafatı mənim üçün məsuliyyət deməkdir” – TƏƏSSÜRAT
Bizi izləyin

Magazin1

Afaq Bəşirqızı: “Prezidentimin mükafatı mənim üçün məsuliyyət deməkdir” – TƏƏSSÜRAT

Prezident İlham Əliyev bir sıra incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Xalq artisti Afaq Bəşirqızı da mükafat alanların sırasındadır. A. Bəşirqızı Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bu təqaüdə layiq görülüb.

Aktrisa təəssüratlarını Publika.az-la bölüşüb:

“Prezidentimizə minnətdaram ki, bu qədər işin çoxluğunda bizləri unutmayıb, qayğısını əsirgəməyib. Prezidentimizin bu mükafatı və qayğısı hər bir sənət adamı, o cümlədən də mənim üçün böyük bir məsuliyyət deməkdir. Təkcə mən yox, bütün sənət adamları çalışmalıdır ki, bu diqqət və qayğını doğrultsun. Mən də diqqət mərkəzində olan bir aktrisa kimi çalışacağam ki, dövlətimizin, prezidentimin mənə göstərdiyi etimadı daima doğruldum. Daha çox çalışmalı, daha çox iş görməliyik. Mədəniyyətimizin, teatrımızın inkişafı naminə özümüzü bu sənətə fəda etməliyik”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm