Nigar Camal Türkiyə musiqi bazarına girir
Bizi izləyin

Magazin1

Nigar Camal Türkiyə musiqi bazarına girir

Azərbaycanı “Eurovision-2011”mahnı yarışında təmsil edən Nigar Camal sabah yeni mahnılarla Türkiyənin bütün musiqi marketlərində satışa çıxacaq.

Publika.az xəbər verir ki, 2 mahnıdan ibarət sinqlın hazırlanaraq satışa çıxarılması müğənninin Türkiyədə “POL Production” ilə imzaladığı müqaviləyə əsasən reallaşağaq.

Qeyd edək ki, Türkiyə musiqi bazarına daxil olmağı qarşısına məqsəd qoyan Nigar Camal bunu əvvəlcə yalnız “Hər halda” adlı bir mahnı ilə reallaşdırmaq istəyib. Sonradan sinqla “Talebe” adlı ikinci mahnısını da əlavə edib.

Xatırladaq ki, “POL Production” Türkiyənin ən nəhəng musiqi şirkətlərindən biridir. Türkiyənin Sezen Aksu, Ajda Pekkan, Tarkan kimi meqastarları bu şirkətlə çalışıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm