Magazin1
Oksananı Hindistanda zəhərləmək istədilər - FOTOLAR
Rəqqasə Oksana Rəsulova “Əsl şou” verilişində Hindistan səfərinin təfərrüatlarını açıqlayıb. Rəqqasə fillər ölkəsində 3 illik müqavilə imzaladığını bildirib:
“Hindistanda DTV telekanalı ilə 3 illik müqaviləm var. Bu səbəbdən mütamadi olaraq Hindistana gedib gəlirəm. Əslində indi də orda olmalıyam. Bura gəlməli deyiləm. Çünki müqaviləm var. Çox sağolsunlar, anlayırlar ki, mən azərbaycanlıyam və vətənimə getməliyəm. Hazırda çəkiləcəyim filmlə bağlı işlər gedir. Adətən, kastinqlərdə minlərlə insan iştirak edir. Lakin bu filmin kastinqi qapalı olduğu üçün təqribən 15 xanım özünü sınayır. Say az olsa da, biz gözləməliyik. Çünki son qərarı filmin rejissoru verəcək. Rejissor Hindistanda aktyordan daha da məşhurdur. Filmi hansı rejissorun çəkməsi çox önəmlidir. Belə də olmalıdır. Rejissor filmdə şefdir”.
Publika.az xəbər verir ki, rəqqasə həmçinin Hindistanda qızların ona açıq-aşkar etdiyi paxıllıq etdiyindən də söhbət açıb.
“Hind qızları mənə paxıllıq edirdi. Yarışmada finala çıxanda mənimlə yanaşı 2 qız da var idi. Qızın birinin adı Minu idi. O, mənə açıq-aşkar şəkildə paxıllıq edirdi. Üzümə deyirdi ki, mən istəmirəm Oksana qalib gəlsin. Hətta yarışmada aparıcı Minuya dedi ki, finaldan bir gün əvvəl sənə zəhər versək onu kimə verərsən. Dedi ki, Oksanaya”.
Rəqqasə Oksana bir ay sonra yenidən Hindistana gedəcəyini də əlavə edib.
Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Novruz İsmayıl və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.
İsa Şükürov
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!