Vüsalə Kərimova ikinci dəfə gəlinlik geyindi – FOTOLAR
Bizi izləyin

Magazin1

Vüsalə Kərimova ikinci dəfə gəlinlik geyindi – FOTOLAR

“Space” telekanalının ən baxımlı verilişlərindən biri olan “Günaydın” proqramının cazibədar aparıcısı Vüsalə Kərimova sosial şəbəkədə ağ gəlinlik libasında şəklini paylaşması, xanım aparıcının yenidən ailə qurması ətrafında söz-söhbətin yaranmasına səbəb olub.

Publika.az-a açıqlama verən Vüsalə Kərimova bu haqda ümumiyyətlə ,fikirləşmədiyini bildirib. Həmin şəklin gəlinlik paltarlarının satışı ilə məşğul olan bir şirkətin reklam çəklişi zamanı lentə alındığını əlavə edib:
“Şaiyədir. Belə bir şey yoxdur. Mənim özüm boyda oğlum var. Toya hazırlaşsam, oğlumun toyuna hazırlaşaram. Öz toyuma yox. Düzdür, bir dəfə ailəli olmuşam. Amma ikinci dəfə belə bir addım atmaq haqda düşünmürəm. Belə addım atanlara da pis baxmıram. Hər kəsin öz seçimi var və hər kəsin seçiminə hörmətlə yanaşıram. Allah bütün qızlarımıza ağ gəlinlik qismət etsin”.

Publika.az-a açıqlama verən aparıcı gəlinlik paltarında daha bir neçə şəklini bizə təqdim edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm