• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nazir “Qızıl Kəlmə”ni sahiblərinə çatdırdı – FOTOLAR

Nazir “Qızıl Kəlmə”ni sahiblərinə çatdırdı – FOTOLAR

Dünən Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, sayca dördüncü olan mükafata 5 nominasiya, nəsr, poeziya, ədəbi tənqid və publisistik, orijinaldan bədii tərcümə və uşaq ədəbiyyatı üzrə 61 əsər təqdim edilib.

Əsərlər nazirliyin rəhbərliyi ilə nüfuzlu qələm sahibləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Çingiz Əlioğlu, Nizaməddin Şəmsizadə, Telman Vəlixanlı, Vaqif Bəhmənli, Rəşad Məcid, Vaqif Yusifli və Elnarə Akimovadan ibarət 11 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Bu il beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” mükafatının verilməsi də məqsədəuyğun sayılıb. Ümumilikdə 11 əsər mükafata layiq görülüb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ki, “Qızıl Kəlmə” mükafatının nominasiyaları o sahələri daha çox əhatə etməlidir ki, ədəbiyyatın həmin sahələrində daha geniş tədqiqata ehtiyac var: “Kitaba maraq azalır desələr də, məncə, bu, yanlış fikirdir. Sözsüz ki, gerçəklik odur ki, kitabxanaya gedib kitab oxuyanların sayı azdır. Amma rəqəmsal variantda dünya ədəbiyyatı nümunələrini, bədii əsərləri gün ərzində yüz minlərlə insan oxuyur. Böyük ədəbiyyatsız dünyanı təsəvvür etmək olmaz”.

Sonra “Qızıl Kəlmə” ədəbi mükafatının qalib müəllifləri və əsərləri və elan edilib:

Nəsr nominasiyası: Natiq Məmmədli (“Körpüdə ümid” romanı) və Şəmil Sadıq (“Odərlər” romanı).


Poeziya: Əhməd Qəşəmoğlu (“Sonsuzluğun ahəngi” şeirlər kitabı) və Ramiz Məmmədzadə (“Ümid” şeirlər kitabı).

Ədəbi tənqid və publisistika üzrə: Azər Turan (“Əli bəy Hüseynzadə”) və Bədirxan Əhmədov (“XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələləri və problemləri”).

Bədii tərcümə: Şıxəli Əliyev (Nəcib Məhfuzun “Fivin mübarizəsi” romanı) və Kazım Səlimov (Stiven Kinqin “Yazı sənəti” kitabı).

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası: Qəşəm İsabəyli (“Leyləyin intiqamı”) və Sevinc Nuruqızı (“Qədim Bakıya səyahət” kitabı).

“Şans” mükafatı: Fuad Babanlı (“Qırovdan sonra”) və Rəşid Faxralı (“Ömrümün üç nöqtəsi”).

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR