• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səidə Sultanın "mavi" prodüserinin öldürülmə səbəbi – ÖZƏL

  • Magazin1
  • 8 May 2015 16:17
  • 8 392 Baxış
Səidə Sultanın "mavi" prodüserinin öldürülmə səbəbi – ÖZƏL

Bakının Yasamal rayonunda 5 gün əvvəl bıçaqlanan prodüser Hamlet Cahangirov xəstəxanada ölüb.

Publika.az 2 ay əvvələdək prodüseri olduğu Səidə Sultanın məsələyə münasibətini öyrənib:

“Problemli adam olmasa da, dili dinc durmurdu. Allah rəhmət etsin. Mən də xəbəri hamı kimi eşidib pis olmuşam. 2 ay idi işbirliyimizə son qoymuşduq. 8 ay mənim prodüserim olub. Heç bir şou nümayəndəsi ilə problemi olmayıb. Heç kəsdən də şübhələnmirəm. Çox yaxşı uşaq idi. Mənə elə gəlir dilinin bəlasına düşüb. Bəlkə də, küçədə söz atıblar, bu da söyüb. Bilinmir günahkar kimdir. Mayın 1-də biz görüşüb konsert üçün məkana beh verməli idik. Ayın biri çəkilişə gedəndə zəng etdim ki, oyaqsansa, gəl, birlikdə gedək. Onda bildim ki, bıçaqlanıb”.

Səidə Sultan prodüserinin borclu olması ilə bağlı fakta da diqqət çəkərək onu da bir ehtimal hesab edib:

“Borcu olub. Amma borca görə adam öldürərlər? Bir qıza 8 min manat borcu var idi. Həmin pulu ödəyə bilmirdi. Məbləğin yarısını vermişdi, yarısı qalmışdı. Qız da onu divara dirəyirdi ki, pulumu ödə. Qız da pula görə polisə müraciət etmişdi. Onun qətli nədirsə, başqa bir şeydir”.

Publika.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Hamlet Cahangirov homoseksual olub.

Xatırladaq ki, Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Hamlet Cahangirov mayın 1-də Mətbuat prospektində bıçaqlanıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb və mayın 4-də xəstəxanada keçinib.

Zeynal

Xəbər lenti

DAHA ÇOX XƏBƏR