Sofiya Verqara Hollivudun “Şöhrət Xiyabanı”nda öz ulduzunu alıb
Bizi izləyin

Magazin1

Sofiya Verqara Hollivudun “Şöhrət Xiyabanı”nda öz ulduzunu alıb

Ötən gün Sofiya Verqara Hollivudda Şöhrət Xiyabanında öz ulduzuna layiq görülmüş şəxsiyyətlər siyahısına daxil olub.

Verqara onu izləməyə toplananlara ürək sözlərini belə ifadə edib:

“Bu gün burada sizinlə birlikdə olmaq inanılmaz bir şeydir. Sözüm yoxdur. Mən ancaq “sağ olun” deyə bilərəm. “Amerikan ailəsi” serialı çəkilməsəydi, mən indi burada olmazdım. Bu ulduza görə də həmin layihəyə borcluyam”.

Publika.az xəbər verir ki, aktrisa və modeli təbrik etməyə onun ən yaxın dostları, həmkarları, ailə üzvləri, fanatları gəliblər. Təntənəli mərasimdə aktrisanın sevgilisi də iştirak edib. Şahidlərin sözlərinə görə, Sofiya Verqaranın nişanlısı ondan gözlərini çəkə bilməyib.

Ulduzun açılışından sonra Sofiya Verqara dostları ilə birlikdə bu qələbəni qeyd etməyə gediblər.

Qeyd edək ki, Hollivudun "Şöhrət xiyabanı" əyləncə sənayesinin nailiyyətlərinin daimi və ictimai abidəsi sayılır. 2500-dən çox beşbucaqlı mis Ulduz trotuarın 6 futluq (1,8 m) plitələrində həkk edilir. Burada aktyorlar, musiqiçilər, prodüserlər, musiqi və teatr turppalarının rəhbərlərinin, real və uydurulmuş personajların əyləncə və incəsənət sənayesinə verdikləri töhfələrinə görə ulduzları həkk olunur. “Şöhrət xiyabanını” Hollivud ticarət palatası idarə eləyir, “Hollywood Historic Trust” isə onu maliyyələşdirir.

Aparılan tədqiqatlara görə, hər il Hollivudda yerləşən “Şöhrət xiyabanına” 10 milyondan çox insan baş çəkir. Bu, həmçinin turizmin inkişafında çox böyük rol oynayır.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm