ProMete yeni klipindən danışdı - VİDEO
Bizi izləyin

Magazin1

ProMete yeni klipindən danışdı - VİDEO

Reper ProMete yeni “Mücrü” mahnısını kliplə birgə təqdim edib. Klipi rejissor Vaqif Gözəlov çəkib.

Rep rəvayət üslubundadır, klip qarışıq süjet xətti və keyfiyyətli kadrları ilə yadda qalır. Publika.az-a verdiyi açıqlamasında ProMete bildirib ki, “Mücrü” klipinin çəkilişləri bir il bundan əvvəl başlayıb lakin işlərin çoxluğu ilə əlaqədar olaraq çəkilişlərə fasilə verməli olublar:

“Klip üzərində çox böyük komanda çalışıb. Bizə çəkilişlərdə göstərdikləri köməyə görə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına minnətdarlığımı bildirirəm”.

Promete bu yaxınlarda verdiyi konsertlə bağlı təəssüratlarını da bölüşüb. O, “Mayın 3-də Rəşid Behbudov adına Mahnı Teatrında baş tutmuş konsert uğurla başa çatdı. Konsertdən sonra "PicMus Pro" musiqi leyblının demək olar ki, bütün heyəti dincəlir. Biz konsertə bir aya yaxın müddətdə ağır iş rejimi ilə hazırlaşırdıq. Prodüser İslam Şirvani, mən və bizim musiqi leyblı altında təzəliklə işə başlamış Azərbaycanın əfsanəvi rep ifaçısı L-Mir yeni layihələr üzərində işlməyə davam edirik” - deyib.

ProMete və L-Mir yaxın aylarda çıxacaq albomlar üzərində işlədiklərini, tezliklə dinləyiciləri sevindirəcəyini və 2015-in sürprizlərlə dolu olacağını bildirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm