Ağadadaş Ağayev: "İldə yüz gün konsert verərəm"
Bizi izləyin

Magazin1

Ağadadaş Ağayev: "İldə yüz gün konsert verərəm"

Bunu xalq artisti Ağadadaş Ağayev publika.az-a açıqlamasında deyib. O, illərdir konsert verməməsinin səbəblərindən danışarkən qeyd edib ki, konsert verməmsi daha çox şərtlərlə bağlıdır. Onun sözlərinə görə, hər il sənətkara konsert vermək barədə təklif gəlsə də, o, heç bir təklifi qəbul etmir. Bunun səbəbi isə musiqiyə aid olmayan işlərin də müğənniyə yüklənməsidir:

“Hər il Yaşıl Teatrdan yay aylarında mənə konsert vermək üçün təklif gəlir. Amma konsert şərtləri məni qane etmir. Mən hər zaman tamaşaçım ilə görüşməyə hazıram. Lakin konsertin təşkili məsələləri var. Sovet dönəmində verdiyim bütün konsertlər anşlaqla keçib. Həmin vaxtlar heç kəs mənim üzərimə məsuliyyət qoymayıb. Mənim silahım səsimdir, işim isə oxumaq. Mən səhnəyə çıxıb ancaq oxuya bilərəm. Yaradıcılıqla, səhnə tərtibatı ilə, texniki məsələlərlə bağlı məsələləri mən həll etməməliyəm. Konsertimi hansısa təşkilat boynuna götürsə, ildə bir gün yox, yüz gün konsert verərəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm