“Bu günün “Xan qızı” Elnarə Abdullayevadır” - FOTO
Bizi izləyin

Magazin1

“Bu günün “Xan qızı” Elnarə Abdullayevadır” - FOTO

Bu gün Şamaxının Çuxanlı kəndində tanınmış müğənni Elnarə Abdullayeva kəndlərinə çəkdirdiyi 12 bulağın açılış mərasimini etdi.

Publika.az-ın Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, açılış Ulu Öndərin doğum günü və Gül bayramı münasibətilə təşkil olunub. Açılışda Şamaxı icra hakimiyyətinin nümayəndələri, eləcə də, Bakıdan gələn xalq artisti Alim Qasımov, Şeyx Əbdülmahmudbəyli və digərləri iştirak edib.

Açılış mərasimində Elnarə Abdullayeva öz təəssüratlarını bölüşüb:

“Mən hər zaman Allah rizası üçün kəndimizə su çəkdirməyi arzulamışam. Düşünürəm ki, qazandığım pulu xeyirli işlərə sərf etməliyəm. Allah bunu mənə rəva gördü. Kəndimizə 12 bulaq çəkdirmişəm. Bulaqlardan biri Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyır, qalanları isə şəhidlərimizin adını daşıyır. Bu gün mənim gözlərim dolub. Çünki artıq gerçəkləşməyən arzum qalmadı”.

Mərasimə qatılan xalq artisti Alim Qasımov da öz fikirlərini bölüşüb. O, Abdullayevanı Xurşudbanu Natəvanla müqayisə edib.

“Bu günün “Xan qızı” Elnarə Abdullayevadır. Hər bir sənətkara arzu edirəm ki, belə gözəl əməl etmək nəsib olsun. Bu vəsaiti Elnarə özü üçün sərf edib, özünə imarət tikdirə bilərdi. Amma o, bu pulu sevgi ilə kənd camaatına həsr edib, bura su çəkdirib. Allah onun ruzusunu verdi”.

Açılış mərasiminin rəsmi hissəsi bitdikdən sonra sənət adamlarının iştirakı ilə konsert mərasimi təşkil olundu. Konsertdə Zabit Nəbizadə, Alim Qasımov və digər yerli müğənnilər öz mahnı töhfələri ilə çıxış etdilər.

Sonda Elnarə Abdullayeva paytaxtdan gələn və eləcə kənd camaatını yemək süfrasinə təşkil edib.

Şamaxıdan publika.az-ın müxbiri Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm