Yalçın Rzazadə ən böyük arzusunu dilə gətirdi
Bizi izləyin

Magazin1

Yalçın Rzazadə ən böyük arzusunu dilə gətirdi

Xalq artisti Yalçın Rzazadə ən böyük arzusunu dilə gətirib.

Publika.az-a danışan illərin sənətkarı solo-konsert vermək arzusunda olduğunu deyib:

“Uzun illərdir ki, xalqım qarşısında solo-konsert verməmişəm. Açığı məni sevənlər qarşısında konsert proqramı ilə çıxış etmək istəyirəm. Həm də bu konsert xalqım qarşısında bir hesabat xarakteri daşıyacaq. İçimdə buna çox böyük ehtiyac duyuram. Mən inanıram ki, sevənlərim də mənim canlı ifam üçün darıxıblar və musiqilərimi böyük konsert salonlarından dinləmək arzusundadırlar”.

Xalq artisti həmin konsertdə köhnə hitləri ilə yanaşı, yeni lentə aldırdığı mahnıları ifa etmək arzusundadır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm